Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür”  adlı tematik konfrans keçirilib

31.03.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 30.03.2022-ci il tarixində  31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür”  adlı Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə  birlikdə onlayn formatda tematik konfrans keçirdi.Tədbirdə şəhidlərin  ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra  19 saylı kitabxana filialının  müdiri Elza Əliyeva  tədbiri açıq elan etdi  və “31 Mart Azərbaycanlıların soyqırımı-Tariximizin qanlı salnaməsi”  adlı çıxış etdi. Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova “1918-ci ilin Mart soyqırımı amansızlığına görə və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir”, tarix müəlliməsi  Vəfa Hacıyeva “31 mart tarixi yaddaşımızdan silinməyən soyqırım”, Azərbaycan dili ədəbiyyat müəllimələrindən Mərquşə İbrahimova “31 Mart soyqırımı qan yaddaşımızdır”, Züleyxa Mirzəyeva “Erməni vəhşiliyinin qurbanı olan uşaqlar “, Azərbaycan  yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “31 Mart soyqırımı mövzusu bədii ədəbiyyatda” adlı çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayil Xətai adına 13 saylı tam orta məktəbin VIIIa-sinif şagirdlərindən  Amil Nəsibov “31 Mart soyqırımının ildönümü”, Aynur Quliyeva  Sədi Məmmədovun “Şəhidlər”, Aygül Alnağıyeva “Erməni vəhşiliyi ”, Aytac Cəfərova “İlham Əliyev Qarabağ  torpaqlarını geri qaytardı”, Nərmin Vəliyeva “Qarabağ torpaqlarında  bu gün quruculuq işləri aparılır”,Tonya Əsgərova “Ali baş komandan ”,Gəncə şəhər 26 saylı orta məktəbin III  sinif şagirdi Nuray Məmmədova “Ali baş komandanım İlham Əliyev” adlı şeirlər, təqdimatlar, videoçarxlarla çıxışlar etdilər.

 

86.9 KB

 

106.5 KB

 

71.7 KB